İsa Qəmbəri polis saxladı - Foto

Müsavat Partiyasının başqanı İsa Qəmbər polis tərəfindən saxlanılıb.

Bu barədə Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı sosial şəbəkələrdə məlumat yayıb. Məlumatda bildirilir ki, İsa Qəmbərin hərəkət etdiyi maşını Qəbələ yolunda yol polisi saxlayıb: "Artıq 30 dəqiqədən artıqdır ki, hərəkət etməyə imkan vermirlər. İsa bəy Arif Hacılının anasının il mərasimində iştirak etmək üçün Zaqatalaya gedir".

"Qafqazinfo"ya açıqlamasında T. Abbaslı bildirib ki, polis bu gün onları iki dəfə saxlayıb: "Bu artıq üçüncü dəfədir. Bütün sənədləri alıblar və qaytarmırlar. Heç bir səbəb göstərmirlər".

Qeyd edək ki, polis Müsavat başqanı ilə barəbər Pənah Hüseyn və Rauf Arifoğlunu da saxlayıb.

AzNews.az
image description