Kinooperator ömrünün 70-ci ilində dünyasını dəyişdi

Azərbaycan kinosunda özünəməxsus iz qoymuş kinooperator Fikrət Əsgərov dünən ömrünün 70-ci ilində dünyasını dəyişib.

AzNews.az anspress-ə istinadən xəbər verir ki, 1943-cü ildə Gəncə şəhərində doğulan Fikrət Əsgərov 1972-ci ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakultəsini (B.Volçekin emalatxanasını) bitirib.

1959-cu ildən "Azərbaycanfilm" kinostudiyasıda işləyib. Tanınmış operator "Qayınana", "Yük", "Kişi sözü", "Möcüzələr adası", "Toy", "Bizi bağışlayın" vəs kimi məşhur filmlərin quruluşu operatoru olub.

Mərhumla vida mərasimi bu gün saat 14:00-da Təzə Pir məscidində olacaq.

AzNews.az