16:40
(077) 610-22-33

“Xaçmazda beynəlxalq mütəşəkkil qrup zərərsizləşdirilib“

  • >
568 31 May 2013 13:34 | Cəmiyyət

"Azərbaycanda narkotik maddələrin qanunsuz yolla gətirilməsinə qarşı ciddi tədbirlər görülür. Bunun nəticəsidir ki, cari ildə gömrük məntəqələrində 60 kq-dan artıq narkotik maddənin ölkəyə keçirilməsinin qarşısı alınıb".

Bunu Xaçmazda olan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. Komitə sədri bildirib ki, həmçinin bir neçə beynəlxalq mütəşşəkil qrup zərərsizləşdirilib.

Samur Gömrük məntəqəsində sənişin və yük avtomobillərinin növbəsi məsələsinə də toxununan Aydın Əliyev bildirib ki, belə hallarda dərhal qarşı tərəflə danışıqlara başlanılır və ən qısa zamanda problemin həll edilməsi istiqamətində tədbir görülür.

Xatırladaq ki, DGK-nin sədri Xaçmazda vətəndaşlarla açıq görüş keçirib. Qəbul zamanı yerli sakinlərin şikayət və müraciətləri dinlənilib. Şikayət və problemləri ilə tanış olan Aydın Əliyev onların problemlərin həlli istiqamətində lazımi işlərin görüləcəyini bildirib.

Ruhiyyə
AzNews.az
Bağla X