17:55
(077) 610-22-33

“Rusiya FHN-in köməyi ilə iki azərbaycanlı ölkəyə gətirilib“

  • >
400 31 May 2013 14:30 | Cəmiyyət

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülüboğlu Rusiya hökuməti vasitəsilə Suriyadan çıxarılan azərbaycanlılarla bağlı açıqlama verib.

Modern.az-ın məlumatına görə, səfir bildirib ki, sırağagün Azərbaycan vətəndaşı Moskavaya gəlib və onu qarşılayıblar.

"Biz onu səfirlikdə qonaq evimizdə yerləşdirdik. Onun Azərbaycana gəlməsi üçün vəsaitinin olmadığını biləndə isə dövlət hesabına Bakıya göndərdik. Daha bir nəfər də var idi ki, onun Suriyada qohumları var idi, onları da Bakıya göndərdik. Bundan əlavə, bizə Rusiya hökumətindən daha iki nəfər azərbaycanlının Suriyadan Rusiyaya gəlməsi ilə bağlı məlumat daxil oldu. Konsulumuz hava limanına gedib onları qarşıladı. Pasprotlarının vaxtı bitdiyi üçün biz Miqrasiya Xidmətindən icazə alıb onları da Bakıya göndərmişik. Ümumiyyətlə, bizim borcumuzdur ki, kömək üçün müraciət edən Azərbaycan vətəndaşlarına əlimizdən gələn köməyi edək".

AzNews.az
Bağla X