Kəmaləddin Heydərov sakinlərlə görüşdü

Bu gün fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov nazirliyin Cənub Regional Mərkəzinin inzibati binasında Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sakinlərinin qəbulunu keçirib.

AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, K. Heydərovun qəbul etdiyi 99 vətəndaşın müraciətlərinin bir hissəsi yerindəcə öz həllini tapıb.

Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun dərhal həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

AzNews.az