Əhəd Abıyevin qohumları toydan yığılan pulları bölə bilmədi - DAVA

Masallı rayon icra hakimiyyətinin birinci müavini Nadir Abıyev toy məclisində pul üstündə döyülüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə bir neçə gün əvvəl məlumat yayılsa da, yeni detallar əldə olunub. Xəbərə görə, Ə. Abıyevin qardaşı Nadir Abıyev öz yaxın qohumları - qardaşı oğlanları tərəfindən döyülüb.

Bu hadisə Nadir Abıyevin rəhmətə getmiş qardaşı Malik Abıyevin oğlu Raqif Abıyevin toy məclisində baş verib. Davaya səbəb isə toyda yığılan pulun bölüşdürülə bilməməsi olub. Nadir Abıyev bildirib ki, toya pul yazdıranları əsasən özü dəvət etdiyi üçün yığılan vəsait də ona çatmalıdır. Qardaşı oğlanları isə onunla razılaşmayıblar. Toydan sonra pul yığılmış çantanı götürüb şadlıq evindən çıxmaq istəyən Nadir Abıyev qardaşı oğlanlarının hücumuna məruz qalıb. Hadisə şahidlərinin dediyinə görə, Raqif Abıyev çantanı əmisinin əlindən alaraq onun başına çırpıb.

Bundan sonra tərəflər arasında davaya başqları da müdaxilə edib. Təxminən 1 saat çəkən davada qohumları bir-birindən şadlıq evinin əməkdaşları və Abıyevlərin qonşuları güclə ayırıblar.

AzNews.az