APA TV-nin rəhbərliyində dəyişiklik edildi

Bu günlərdə fəaliyyətə başlayan APA internet televiziyasında yeni təyinat həyata keçirilib. Bu barədə "Qafqazinfo"ya məlumat "APA Holdinq"dən daxil olub.

Məlumata görə, APA İnformasiya Agentliyinin qurucularından olan və bu günə qədər şirkətə daxil olan "Lent.az" xəbər portalının redaktoru vəzifəsində çalışan tanınmış jurnalist Gülşən Hacıyeva APA TV-yə xəbər müdiri təyin edilib.

Qeyd edək ki, G. Hacıyevadan əvvəl bu vəzifəni qısa müddətə də olsa İlhamə Novruzova tutub.

AzNews.az