Mayın 31-də 55-ci Ümumdünya təsviri incəsənət sərgisi - Venesiya Biennalesi çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan pavilyonunun rəsmi açılış mərasimi olunub Mayın 31-də 55-ci Ümumdünya təsviri incəsənət sərgisi - Venesiya Biennalesi çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan pavilyonunun rəsmi açılış mərasimi olunub

Mehriban Əliyeva Venesiyada rəsmi açılış mərasimində- Fotolar

Mayın 31-də 55-ci Ümumdünya təsviri incəsənət sərgisi - Venesiya Biennalesi çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan pavilyonunun rəsmi açılış mərasimi olunub



Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Venesiya Biennalesi bütün incəsənət xadimləri və həvəskarları üçün səbirsizliklə gözlənilən hadisədir. Çünki bu, dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər sərgi-aksiya hesab olunur.
Noyabra qədər davam edəcək sərgidə onlarla ölkə öz pavilyonunu təqdim edir. Azərbaycan pavilyonu da şəhərin ən izdihamlı məkanlarının birində - Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında yerləşir. Builki pavilyon "Ornamentlər" devizi altında təqdim olunur. Bu da təsadüfi deyildir. Çünki Azərbaycan ornamentlərini haqlı olaraq xalqımızın bədii əlifbası adlandırırlar.

Tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Venesiya kimi gözəl şəhərə zəngin mədəniyyətimizin bir parçasını gətirməkdən şad olduğunu deyib. Azərbaycanın zəngin mədəniyyəti və qədim tarixi ilə tanındığını vurğulayan Heydər Əliyev Fondunun vitse-prezidenti tarixi İpək Yolu üzərində yerləşən, Şərq ilə Qərb arasında hər zaman körpü olan Azərbaycanın bu ruhunu indi də saxladığını diqqətə çatdıraraq deyib:

"Azərbaycan həmişə bir çox dinlər, mədəniyyətlər və millətlərin evi olub. Bu gün bizim paytaxtımız Bakı dünyanın ən kosmopoliten şəhərlərindən birinə çevrilir. Zaha Hadidin memarlıq əsərindən tutmuş Müasir İncəsənət Muzeyi, Xalça Muzeyi və "Alov qüllələri"nə qədər. Düşünürəm ki, Şərq ilə Qərbin, qədimlə müasirliyin bu sintezi bizim incəsənətimizdə yetərincə əksini tapır. Özünüz də bunun burada şahidi olacaqsınız. Çünki incəsənət həmişə bizim mədəniyyətimizin mühüm hissəsi olub. İndi demək olar ki, hər ay ölkəmizdə heyrətləndirici incəsənət tədbirləri keçirilir".

Sərginin kuratoru Erve Mikaeloff Azərbaycanda müasir incəsənətinin inkişafına böyük dəyər verildiyini bildirdi, bu sahədə layihələrə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlıq edib.
Artıq dördüncü dəfədir Venesiya Biennalisinə qatılan Azərbaycanı budəfəki sənət nümayişində altı rəssamımız Butunay Haqverdiyev, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Rəşad Ələkbərov, Sənan Ələsgərov və Çingiz təmsil edir. Bu fırça ustalarının əsərləri möhtəşəm ornament mirasından qaynaqlanır. Venesiya Biennalesi vasitəsilə geniş tamaşaçı auditoriyasına artıq açıq olan bu əsərlər tariximizi, ornamentlərimizin irsimizdə və mədəniyyətimizdə oynadığı rolu yetərincə nümayiş etdirir.

Bu gün "qədim rəsm qalereyası" adlandırılan Qobustan qayaüstü rəsmləri də budəfəki pavilyonun ilham qaynağıdır. Qayalar üzərində insan və heyvan təsvirləri ilə yanaşı, tarix boyu Azərbaycan təsviri sənətinin mühüm tərkib hissəsi olmuş ornamentlərin ilkin həndəsi naxışları təbii ki, qonaqlarda dərin təəssürat yarada bilib.

Məşhur Azərbaycan xalçalarının ornamentlərində, daşlar üzərindəki işləmələrdə də sanki xalqımızın çoxəsrlik tarixi "şifrələnib". İslam motivləri ilə yanaşı, qədim zərdüştlük ənənələrini buradakı naxışların zənginliyində və Azərbaycan milli ornamentlərinin kompozisiya rəngarəngliyində müşahidə etmək o qədər də çətin deyildir. Çünki Azərbaycan əsrlər boyu Şərq ilə Qərb, Şimal ilə Cənub arasında körpü rolunu oynayıb.

Bu gün yeni rəssamlar nəsli də ornamentlərə müasir baxış tətbiq edərək həmin naxışlara milli mədəniyyət irsi kimi yanaşırlar. Buradan bir amil ortaya çıxır ki, Azərbaycan tarixinin və mədəniyyətinin ruhunu özündə təcəssüm etdirən ornamentalistika bu gün də müasir rəssamlarımızı yeni yaradıcılıq axtarışlarına ruhlandırır. Onlar ənənəvi texniki üsulları və incəsənətin konseptual fəlsəfəsini cəsarətlə birləşdirməklə özünüifadənin yeni yaradıcı formalarından istifadə edirlər. Odur ki, əsərlərdəki estetik varislik və ideya novatorluğu təsviri sənətin qədim ənənələri ilə vəhdət təşkil edir. Bu gün incəsənət xadimlərinin yaradıcılıq axtarışlarında nəfis ornamental kompozisiyalar yeni mənalar qazanır, tarixi və mədəni irsin fəlsəfi dərkinə şərait yaradır. Əsl yaradıcılıq və mənəvi inkişaf isə bunlarsız mümkün deyil.

Əslində, bütün deyilənlər 55-ci dəfə keçirilən Biennalenin ruhunu nümayiş etdirir. Bu da bu il təqdim olunan əsərlərin müxtəlifliyindən irəli gəlir. Burada heykəltaraşlıq işlərindən, rəsm və instalyasiyalardan tutmuş, müasir incəsənətin bütün növlərinə qədər hər bir sənət növünə rast gəlmək mümkündür. Ona görə də Azərbaycan pavilyonundakı sənət nümayişi olduqca böyük maraqla qarşılandı. Bunu əlbəttə ki, sərgiyə gələn çoxsaylı qonaqların təəssüratları da təsdiqlədi. Bütün bunlar isə bir daha Azərbaycan mədəniyyətinin inkişafını nümayiş etdirib.

Günün sonunda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ziyafət verilib.

İncəsənət həvəskarları üçün Venesiya Biennalesi müasir incəsənət əsərlərini görmək, öz yaradıcılığını təqdim etmək, incəsənət xadimləri ilə görüşmək və çağdaş meylləri müzakirə etmək üçün gözəl fürsətdir. Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı isə ölkəmizin dünya tamaşaçısına daha yaxın, daha doğma olmasına köməklik edir.(AzərTac)

AzNews.az
image description image description image description image description image description image description image description image description