YAP-çı deputatdan Elçibəyin yubileyilə bağlı açıqlama

"Əbülfəz Elçibəyin yubileyinin dövlət səviyyəsində qeyd ediləcəyi ilə bağlı məndə hər hansı məlumat yoxdur. Belə bir təşəbbüsün olub-olmadığı ilə bağlı məlumatsızam. Buna görə də bu barədə heç nə deyə bilmərəm".

Bu sözləri AzNews.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib. O bildirib ki, YAP daxilində Elçibəyin yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə hər hansı bir təşəbbüsün olduğu barədə məlumatı yoxdur.

Qeyd edək ki, iyunun 24-də mərhum prezident Əbülfəz Elçibəyin 75 illik yubileyidir.

Anar
AzNews.az