11:37
(077) 610-22-33

Buraxılış imtahanlarının nəticələri açıqlandı

  • >
268 4 İyun 2013 18:30 | Cəmiyyət

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlər üçün keçirdiyi mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, nəticələr komissiyanın internet saytında yerləşdirilib. Bundan əlavə, XI sinif şagirdləri nəticələri barədə məlumatları mobil telefonları vasitəsilə də əldə edə bilərlər. IX siniflərin imtahan nəticələri isə sabah açıqlanacaq.

Qeyd edək ki, iyunun 2-də həmçinin Lənkəran, Gəncə, Quba, Qusar, Balakən, Xaçmaz, Zaqatala, Mingəçevir rayonlarının rus bölməsi şagirdləri də buraxılış imtahan veriblər. Saat 10.00-da buraxılış sinfinin IX sinif şagirdləri, saat 15.00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdiriblər. Orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda ümumilikdə 79 imtahan mərkəzi ayrılıb. İmtahan Bakıda 66, Sumqayıtda 7, Abşeronda isə 6 binada aparılacaq. Həmin gün Bakı şəhərində 32479, Sumqayıtda 4390, Abşeron rayonunda isə 2924 nəfər şagirdin imtahanda iştirak edib. İmtahanın idarə edilməsi üçün 333 imtahan rəhbəri, 3353 nəzarətçi-müəllim ayrılıb.

Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda ümumilikdə 79 imtahan mərkəzi ayrılıb. İmtahan Bakı şəhərində 66, Sumqayıtda 7, Abşeron rayonunda isə 6 binada aparılıb. Həmin gün Bakı şəhərində 23145, Sumqayıt şəhərində 3369, Abşeron rayonunda isə 1665 nəfər şagirdin imtahanda iştirak edib. İmtahanın idarə edilməsi üçün 333 imtahan rəhbəri, 2488 nəzarətçi-müəllim ayrılıb. Lənkəran, Gəncə, Quba, Qusar, Balakən, Xaçmaz, Zaqatala və Mingəçevir rayonlarının rus bölməsi şagirdlərinin buraxılış imtahanları üçün adı çəkilən şəhərlərin hər birində 1 imtahan mərkəzi yaradılıb. Həmin şəhərlərin orta ümumtəhsil müəssisələrinin rus bölməsi üzrə buraxılış sinfində təhsil alan 1727 nəfər IX sinif şagirdi, 1472 nəfər isə XI sinif şagirdi imtahan verib.

AzNews.az

Bağla X