16:14
(077) 610-22-33

Vasif Talıbov açılış mərasimində iştirak etdi

  • >
431 5 İyun 2013 10:18 | Cəmiyyət

Naxçıvan şəhərində yeni yaşayış kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib. Məlumat verilib ki, müasir layihə əsasında və yüksək keyfiyyətlə inşa olunan kompleksin tərkibinə iki 10 mərtəbəli və bir 15 mərtəbəli yaşayış binası daxildir. 10 mərtəbəli yaşayış binalarının hər birində sahəsi 175 kvadratmetr olan 40 dördotaqlı, 15 mərtəbəli yaşayış binasında isə 78 mənzil vardır. Binalarda müasir liftlər quraşdırılıb, zirzəmilərdə avtomobil dayanacaqları yaradılıb.

Ali Məclisin Sədri kompleksdə yaradılan yeni ticarət mərkəzinə baxıb. Bildiriib ki, ikimərtəbəli ticarət mərkəzində 30 satış yeri, iş otaqları və kafe var. Burada 27 nəfər işlə təmin olunmuşdur. Ticarət mərkəzində, əsasən, kişi, qadın və uşaq geyimlərinin, eləcə də digər tələbat mallarının satışı həyata keçirilir. Çeşid çoxluğu istehlakçılara keyfiyyətli məhsul təklif etməyə imkan verir.

AzNews.az
Bağla X