Qurban Məmmədovun həbsi Avropa Komissiyasında müzakirə edildi

AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev Avropa Komissiyasının Azərbaycan Nümayəndəliyinin Siyasi, Iqtisadiyyat, Mətbuat və İnformasiya Şöbəsinin rəhbəri Toralf Pilts ilə görüşüb.

AzNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, görüşün əsas leytmotivi vəkil Qurban Məmmədovun həbsi olub. Bundan başqa, görüşdə o, diplomata ölkədə mövcud ictimai-siyasi durum və 2013-cü il seçki öncəsi vəziyyət barədə ətraflı məlumat verib.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

AzNews.az