“Onlar buradan prezident təqaüdü alanda birlik demokratik olurdu, indisə yox?” “Onlar buradan prezident təqaüdü alanda birlik demokratik olurdu, indisə yox?”

Gənc yazarlara “təqaüd ittihamı”: AYB-nin cavab atəşi

“Onlar buradan prezident təqaüdü alanda birlik demokratik olurdu, indisə yox?”



Şair Şərif Ağayarın Yazıçılar Birliyindən qovulmasından sonra bir qrup gənc yazar bir-birinin ardınca qurumu tərk etdiklərini bəyan edib.

Belə ki, günün birinci yarısında yazar Mövlud Mövlud, Elnaz Eyvazlı, ikinci yarısı isə Ayxan Ayvaz ərizə ilə birliyə müraciət edərək istefa verdiklərini bəyan ediblər. Onlar buna səbəb kimi Azərbaycan Yazıçılar Birliyində demokratik prinsiplərin pozulduğunu və Şərif Ağayara qarşı haqsızlıq olduğunu göstəriblər.

Yazıçılar Birliyi isə istefa verənlərlə bağlı bəyanat verib. Bəyanatda deyilir: "Şərif Ağayarın Yazıçılar Birliyinin sıralarından kənarlaşdırılması gənclər arasında müəyyən çaşqınlıq yaradıb. Birincisi, bu birlikdə qeyri-demokratik əhval-ruhiyyənin nümunəsi deyil. Əgər birlik belə əhvalla yaşasaydı, Şərif Ağayarı məhkəməyə verərdi. Hansı ki, buna haqqı da vardı. Amma birlik buna getmədi. Digər maraqlı məqam isə bundan ibarətdir ki, guya AYB-də qeyri-demokratik əhval-ruhiyyə yaranıb deyə, gənclər ərizə yazaraq birliyi tərk edir. Belədə sual yaranır: Necə ola bilər ki, onlar buradan prezident təqaüdü alanda birlik demokratik olurdu, indisə yox? Həmin şəxslərin iyun ayında prezident təqaüdlərinin müddəti başa çatır. İndi, belə çıxır ki, həmin adamlar bura prezident təqaüdündən faydalanmağa gəliblərmiş".

Bahar Rüstəmli
AzNews.az