21:36
(077) 610-22-33

MSK komissiyalarının tərkibində dəyişikliklər

  • >
444 5 İyun 2013 15:56 | Cəmiyyət

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Trend-in məlumatına görə, əvvəlcə iclasda Komissiyanın 29 may 2013-cü il tarixli iclas protokolu səsə qoyularaq yekdilliklə təsdiq edilib.

İclasda MSK katibi Arifə Muxtarova MSK-nın normativ xarakterli bəzi aktları haqqında məlumat verib. Aktlar müzakirə olunduqdan sonra səsə qoyularaq təsdiq edilib.

Daha sonra iclasda 13 saylı Xəzər-Pirallahı dairə seçki komissiyasının, 14 saylı Xəzər dairə seçki komissiyasının və 102 saylı Samux-Şəmkir dairə seçki komissiyasının tərkibinə dəyişikliklər edilib.

MSK-nın iclasında cari məsələlərə baxılıb, o cümlədən seçki günü səsvermə məntəqələrində veb-kameraların quraşdırılması müzakirə olunub və veb-kameraların sayının artırılmasının vacibliyi vurğulanıb. Eyni zamanda, seçki kabinələrinin şəffaf rəngdə olması təklif olunub.

AzNews.az

Bağla X