İlham Əliyevə facebook vasitəsilə sual verə biləcəyik

Bu gündən etibarən Prezident İlham Əliyevin facebook səhifəsində müxtəlif sahələr üzrə məsul şəxslərin iştirakı ilə vətəndaşları maraqlandıran məsələlərlə bağlı verilən suallar cavablandırılacaq.

Sosial şəbəkələrdə yayılan elana görə, 2013-cü il Azərbaycanda İnformasiya Texnologiyaları ili olduğunu nəzərə alaraq ilk mövzunu bu sahəyə həsr ediləcək.

Suallar şərhlər (comment) vasitəsi ilə ünvanlana bilər. Suallar 6-10 iyun, 2013-cü il tarixləri ərzində qəbul ediləcək və hamısı tədricən cavablandırılacaq.

Eyni məzmunlu sualların təkrarlanmasına yol verməmək məqsədi ilə, sual verməmişdən öncə sizdən öncə verilən sualları nəzərdən keçirmək xahiş olunur.

Bununla bərabər oxucular şərhlər vasitəsi ilə sizi maraqlandıran mövzuları və ya sahələri təklif edə bilərlər.

Elnarə
AzNews.az