Azərbaycan İspaniyaya nota verdi

Azərbaycanın İspaniyadakı səfirliyi Monserat Kabalyenin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə nota təqdim edib.

İyunun 5-də qondarma "Dağlıq Qarabağ respublikası"nın "prezidenti" Bako Saakyan dünya şöhrətli opera müğənnisi Monserat Kabalyeni qəbul edib.

Kabalyenin konserti iyunun 9-da Yerevanda Milli Akademik Opera və Balet Teatrında baş tutacaq.

Azərbaycan XİN dəfələrlə bəyan edib ki, Azərbaycanın müvafiq qurumlarını xəbərdar etmədən Azərbaycanın işğal edilmiş ərazilərinə həyata keçirilən səfərlər qanunazidd xarakter daşıyır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə zərər yetirir.//trend//

AzNews.az