03:14
(077) 610-22-33

Bakıda həkimlər ilkə imza atıblar - VİDEO

  • >
399 6 İyun 2013 18:50 | Cəmiyyət

Bakıda ilk dəfə göbək nahiyyəsində kəsik aparmaqla düz bağırsaq əməliyyatı baş tutub.

AzNews.az anspress-ə istinadən xəbər verir ki, ilk dəfədir ki, xüsusi aparat vasitəsi ilə geniş kəsik aparılmadan düz bağırsaq əməliyyatı həyata keçirilir. Vaxtılə bu cür əməliyyatları yalnız xaricdə gerçəkləşdirmək mümkün olurdusa, indi bizim ağxalatlıların da qızıl əllərilə bu əməliyyatlar reallaşır.

Əməliyyat Nazirliyin elmi cərrahlıq mərkəzində həyata keçirilib.1992-ci il təvəllüdlü Bakı şəhər sakini Alimə Həşimova ilk olaraq bu əməliyyatın sınağından uğurla çıxlb. Bir həftə öncə əməliyyat olunan xəstə özünü normal hiss etdiytini bildirdi.

Əməliyyatı həyata keçirən tibb elmləri doktoru Qurban Müslümovun sözlərinə görə, bu əməliyyat nəinki respublikada, hətta regionda da ilk dəfədir ki həyata keçirilir: "Tək düz bağırsaqda deyil, qarın boşluğunda yerləşən digər orqanlar üzərində də onu reallaşdırmaq mümkündür. Əməliyyatın unikallığı ondan ibarətdir ki, bədəndə 1 sm kəsik həyata keçirilir. Göbək nahiyəsində aparılan əməliyyatları çox rahat həyata keçirtmək mümkündür. Əslində deyirlər ki, göbək nahiyəsi çətindir, amma bu belə deyil".

Qeyd edək ki, yeni usulla aparılan əməliyyatlar ağırlıq dərəcəsindən asılı olaraq 10 dəqiqədən 1 saata kimi həyata keçirilir. Əməliyyatdan bir gün sonra xəstə evə buraxılaraq normal işini davam etdirə bilir.



AzNews.az
Bağla X