09:00
(077) 610-22-33

“Məni ən çox narahat edən insan standartlarıdır“ - Sabir Rüstəmxanlı

  • >
313 7 İyun 2013 08:58 | Cəmiyyət

Dövlət Komitəsi Genetik modifikasiya olunmuş məhsullarla bağlı qanun layihəsinin qəbulunu zəruri sayır


Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 9 iyun – Beynəlxalq Akkreditasiya Gününə həsr olumuş seminar keçirilib.

Tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi Ramin Babayev daxili bazarın təhlükəli məhsullardan qorunmasında, ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişaf etdirilməsində akkreditasiyanın rolunun mühüm olduğunu söyləyib.

Ramin Babayev bildirib ki, bu sahənin dünya iqtisadiyyatında keyfiyyətin idarəolunması istiqamətindəki rolunu mühüm hesab edən beynəlxalq təşkilatlar 2008-ci ildən etibarən hər ilin 9 iyun tarixinin Beynəlxalq Akkreditasiya Günü kimi qeyd olunması qərarına gəlib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidentinin 4 aprel 2012-ci il tarixli fərmanı ilə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti yaradılıb. Bu illər ərzində Xidmət tərəfindən beynəlxaq standartların tələbləri əsasında 13 məhsul və xidmət, 10 idarəetmə sistemi, 3 personalın sertfikatlaşdırılmasını həyata keçirən orqan, 10 inspeksiya orqanı, o cümlədən 163 sınaq və 18 kalibirləmə laboratoriyası akkrelitasiya olunub. Qısa müddətdə əldə edilmiş uğurlardan biri də 2012-ci ildə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin Laboratoriyaların Beynəlxalq Akkreditasiyası üzrə Əməkdaşlıq Təşkilatına (İLAC) müşahidəçi statusunda üzv qəbul olunmasıdır.

Daha sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun əmri ilə akkreditasiya sahəsində səmərəli fəaliyyətinə görə təltif edilmiş Dövlət Akkreditasiya Xidmətinin bir qrup əməkdaşına Fəxri Fərman təqdim edilib.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, parlamentin növbədənkənar yaz sessiyasında "Ölçmələrin vəhdəti haqqında" qanun layihəsi qəbul ediləcək: "Standartlaşma xidmətinin yaxşılaşması sahəsində mühüm addımlar atacağıq. Sərhədləri bağlamaqla heç nəyə nail olmaq mümkün deyil. Məhsulun keyfiyyətini artırmaq üçün sivil metodlardan istifadə edilməlidir. Yüksək standartlara malik laboratoriyalar lazımdır ki, məhsulun keyfiyyətinə nəzarət təmin olunsun. Bu halda daxili bazarımız yaxşı qorunar, ömrümüz də uzanar. Belə bir xidmətin keyfiyyətinin yüksəlməsi millətimizin yaxşı yaşaması üçün şərtlərdən biridir. Böyük işlər görülür, yollar çəkilir, binalar tikilir. Texnoparklar yaradılacaq. Texnoparklar yaradılan zaman Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti ən nüfuzlu qurumlardan birinə çevriləcək".

Millət vəkili Sabir Rüstəmxanlı isə deyib ki, bu günlərdə Sumqayıt şəhəri yaşaması mümkün olmayan şəhərlər sırasına daxil edilib: "Bu şəhərdə ən azı ekoloji standartların yaxşılaşdırılması istiqamətində işlər görülə bilər. Məni ən çox narahat edən insan standartlarıdır. Azərbayanlıların boyu kiçilir, qarnı böyüyür. Necə yaşayırıq? Toylarımız necədir? Millət ağıl, fiziki standartları barədə düşünməlidir. ABŞ-da əhali köklükdən əziyyət çəkir, telekanallar axşama qədər necə arıqlamağı təbliğ edir. Azərbaycan telekanallarında isə yeməyin necə bişirilməsi təbliğ olunur".

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı şadlıq sarayları ilə bağlı tələblərin qəbul edildiyini nəzərə çatdırıb və yaxın vaxtlarda bununla bağlı ciddi tədbirlər həyata keçiriləcəyni bildirib. Onun sözlərinə görə, sənaye obyektlərinin təsnifatladırılması mərkəzi də yaradılıb və bu mərkəz ixtiraların təsnifatlaşdırılması ilə məşğul olacaq. Fazil Talıblı deyib ki, respublikada ilk dəfə olaraq genetik modifikasiya olunmuş məhsulların ekspertizasını həyata keçirən laboratoriya qurulub: "Laboratoriya artıq işə salınıb. Ancaq biz narahatlığımızı genetik modifikasiya olunmuş məhsullarla bağlı qanun layihəsi ilə bağlıdır. Bu qanun layihəsinin ekspertizadan keçməsini və tezliklə qəbulunu istərdik".

Millət vəkili Zahid Oruc bəzi dövlət qurumlarının binalarının şadlıq saraylarına bənzədiyini qeyd edib: "Bu yaxınlarda Dövlət Komitəsi tərəfindən istehsalla məşğul olan bir xanım aşkarlanmışdı. Həmin xanım deyirdi ki, 7 əlil saxlayır. Ancaq düşünmür ki, xalqın sağlamlığına ziyan vurur ". Zahid Oruc bildirib ki, Avropada tez-tez olurlar: "Geni modifikasiya olunmuş məhsullar geni dəyişmiş insanlar yaradır.

Zəif Günəş enerjisi alan Avropada bizim kimi zəngin resurslar yoxdur və biz bu resurslardan istifadə etməliyik. Biz bu kimi məsələlərdə səhvlərə yol verdiyimiz üçün Qarabağı itirmişik. Məhsulların keyfiyyəti, qidalanma probemlərini yoluna qoysaq, Qarabağ qayıdacaq".

AzNews.az
Bağla X