23:16
(077) 610-22-33

“Mehriban xanımın sədr müavini seçilməsi böyük hadisədir“

  • >
301 7 İyun 2013 14:03 | Cəmiyyət

Yeni Azərbaycan Partiyası (YAP) Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın bu gün keçirilən qurultayda hakim partiyanın sədr müavini seçilməsi münasibət açıqlayıb.


YAP-ın Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Mehriban Əliyevanın partiyanın sədr müavini seçilməsinə açıqlamasında bu struktur dəyişikliyinin hakim partiya üçün böyük bir hadisə olduğunu deyib.

YAP-çı deputatın sözlərinə görə, partiyada struktur dəyişikliyinin edilməsi sədr tərəfindən təklif edilib.

"Rəhbərlikdə müəyyən dəyişikliklər oldu. Bu dəyişiklik partiya sədri tərəfindən təklif edildi. Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər tanınan, müsbət imicə malik olan, ölkəmizin dünyada tanınması üçün böyük işlər görən Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyevanın partiyanın sədr müavini seçilməsi böyük bir hadisədir. Onun partiya rəhbərliyində təmsil olunması, əlbəttə partiyanın nüfuzunun artmasına, həmçinin partiyanın başqa ölkələrdə daha yüksək səviyyədə əlaqələrin qurulmasına köməklik edəcəkdir"-deyə YAP rəsmisi bildirib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən V qurultayında partiyanın struktur dəyişikliyi edilib, yeni sədr müavinləri seçilib. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, deputat Əli Əhmədov, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov YAP-ın yeni sədr müavinləri seçiliblər.

Daha sonra partiyanın 90 nəfərlik siyasi şurasının, 21 nəfərlik idarə heyətinin və 15 nəfərlik mərkəzi nəzarət-təftiş komissiyasının tərkibi seçilib.//modern.az//

AzNews.az
Bağla X