21:35
(077) 610-22-33

ABŞ konqresmenlərindən İlham Əliyevə məktub

  • >
719 7 İyun 2013 16:20 | Cəmiyyət

Amerika Birləşmiş Ştatlarının "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunda iştirak edən konqresmenlərinin bir qrupu İlham Əliyevə məktub göndərib.


AzNews.az məktubda deyilənləri təqdim edir:

"Hörmətli Prezident! Azərbaycan-ABŞ Forumunun təşkilinə və Bakıda bizimlə görüş keçirdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. Sizinlə və Azərbaycan xalqı ilə birlikdə milli bayramınız – Respublika Günü, habelə ölkələrimiz arasındakı möhkəm tərəfdaşlığın qeyd edilməsində iştirakımızdan şərəf duyduq. Strateji əlaqələrimizin davam etdirilməsi və gücləndirilməsinə sadiqliyinizi ifadə edən xoş sözlərinizi yüksək qiymətləndiririk. Azərbaycan güclü iqtisadi partnyorumuz olmaqla yanaşı, terrorçuluğa qarşı mübarizədə və strateji müttəfiqlərimizin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşımızdı.

Biz Azərbaycan-ABŞ münasibətlərinin birgə gücləndirilməsi işinin davam etdirilməsinə hazırıq. Hörmətlə, Konqresmenlər: Maykl Törner, Ted Po, Stiv Stokman, Cim Braydenstayn, İvet Klark, Qreqori Miks, Mişel Qrişam, Ruben Hinoxosa, Şeyla Cekson Li, Deni Devis".

AzNews.az
Bağla X