DİN qızları işə dəvət edir

Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə kiçik (müqavilə hesablı) rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə elan edib.

Müsabiqə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə "ASAN Xidmət" Mərkəzi vasitəsi ilə keçirilir.

DİN-dən bildiriblər ki, müsabiqədə Gəncə şəhərində və ona yaxın ərazidə yaşayan ali təhsilli, yaşı 20 ilə 30 arası olan, boyu 160 santimetrdən aşağı olmayan və kompüterdə işləmə bacarığı olan qızlar iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün vətəndaşlar şənbə və bazar günləri istisna olmaqla hər gün saat 10-dan 17-dək DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə (012) 590-94-59, (012) 590-91-60 nömrəli telefonlarla müraciət edə bilərlər.

AzNews.az