Millət vəkili AYB-dəki istefalardan danışdı

"Yazıçılar Birliyi formal olaraq, dövlət tərəfindən imtiyazı tanınan birlik olduğuna görə, qurumun üzvü olmaq müəyyən dərəcədə hansısa layihələrdə iştirak etmək mənasına gəlir. Amma bütövlükdə yaradıcı mühit imtiyazını artıq itirib. İndi birlikdən çıxmaq, yaxud da üzv olmaq böyük məna kəsb eləmir".



Bunu AzNews.az-a Milli Məclisin deputatı Fazil Mustafa bildirdi. Onun sözlərinə görə, istənilən mübahisədə hər hansı təhqir predmeti varsa, onun həlli yolu üzrxahıqdan keçir:

"Bir yolu var-üzrxahlıq. Yaşlı nəslin nümayəndələrinə qarşı hədsiz aqressiv davranmaq doğru sayılmaz. Nəyləsə razılaşmamaq olar. Amma bu kimisə təhqir etmək üçün əsas vermir. Yazarlar gündəmdə yazarları, əsərləri ilə ilə qalmalıdır. Başqa cür gündəmdə qalmağa cəhd yolverilməzdir. Kiminsə birlikdən çıxarılma məsələsinə də adi baxıram. Narahat olmağa əsas yoxdur. Əgər Şərif Ağayar yazıları ilə gündəmdə qalmağı bacarırsa, yaxşı yazıçı kimi Azərbaycan cəmiyyətində də qəbul olunacaq."

Bahar Rüstəmli
AzNews.az