17:30
(077) 610-22-33

Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?

  • >
449 8 İyun 2013 18:30 | Cəmiyyət

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 7-də növbəti buraxılış imtahanları keçirib.

TQDK-nın mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, imtahanlar Naxçıvan MR-də, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin və C. Naxçıvaniski adına hərbi liseyin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada aparılıb.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib.

Bütün binalarda imtahanlar təlimata uyğun şəkildə keçirilib, şagirdlərə öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır.

AzNews.az
Bağla X