16:35
(077) 610-22-33

Zakir Qaralovdan Oqtay Şirəliyevə xəbərdarlıq məktubu

  • >
298 10 İyun 2013 08:23 | Cəmiyyət

Hüseynbala Mirələmovun qardaşı oğlunun məhkəməsində maraqlı məqamlar ortaya çıxıb




Millət vəkili Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmovun "1001 gecə" istirahət mərkəzində törətdiyi cinayət hadisəsi ilə bağlı məhkəmə iclası iyunun 11-də davam etdiriləcək. Bunu AzNews.az-a Rəşad Mirələmovun vəkili Kamandar Nəsibov bildirib.

Vəkilin sözlərinə görə, keçirilən sonuncu məhkəmə iclasında R. Mirələmovun tibbi ekspertizaya göndərilməsi barədə vəsatət qaldırılsa da, rədd edilib: "Şüvəlan təcridxanasından Rəşad Mirələmov ekspertizaya aparılmışdı, ancaq bu proses cəmi 1 saat çəkmişdi. Apardıqdan sonra dərhal qaytarıblar və ekspertlər rəy verib ki, tamamilə sağlamdır. Halbuki Rəşad Mirələmovun dəfələrlə müalicə alması ilə bağlı xəstəxana sənədləri mövcuddur".

R. Mirələmovun təkrar ekspertizaya göndərilməməsinin səbəbini vəkil Respublika Prokurorluğundan Səhiyyə Nazirliyinə daxil olan məktubla əlaqələndirib:

"Rəşad Mirələmovla bağlı "1001 gecə"də hadisə baş verdikdən bir neçə gün sonra Səhiyyə Nazirliyinə Respublika Prokurorluğundan məktub göndərilib. Həmin məktubda ekspertiza rəylərinin verilməsi ilə bağlı məqam yer alıb. Yəni, ekspertlər rəy verərkən daha diqqətli olmalıdırlar ki, heç kəsə saxta rəy verilməsin. O məktubdan sonra təkrar məhkəmə-tibbi ekspertizalarının keçirilməsi ya ekspert rəylərinin verilməsi ilə bağlı ciddi problemlər yaranıb. Həmçinin tapşırılıb ki, xəstəliklə bağlı rəy verildiyi zaman diqqətli olsunlar, bunun da nəticəsində xəstələrə sağlam olmaları ilə bağlı rəy verilir. Bundan başqa məhkəmələrdə təkrar ekspertiza ilə bağlı vəsatətə əksər hallarda rədd cavabı verilir".

Nazim
AzNews.az

Bağla X