06:59
(077) 610-22-33

İcra Hakimiyyəti məktəbliləri fəhlə yerinə işlədir - VİDEO

  • >
475 10 İyun 2013 10:41 | Cəmiyyət

Sabirabadda şok olay: dərs saatlarında şagirdlər küçələrdə məcburi əməyə cəlb edilir




Sabirabad şəhər orta məktəblərinin şagirdləri icra hakimiyyəti tərəfindən rayon mərkəzindəki parklarda, xiyabanda məcburi şəkildə işləməyə çıxarılıb. Bu barədə məlumat AzNews.az-a adıçəkilən rayondan daxil olub. Sabirabaddakı mənbə informasiyanı təsdiqləyən və baş verənləri özündə əks etdirən videonu da redaksiyamıza göndərib.

Məlumatda bildirilir ki, Sabirabadın rayon mərkəzində 9 orta məktəb var. Bu məktəblərin şagirdləri və müəllim heyəti, habelə texniki işçiləri icra hakimiyyətinin məsul şəxslərinin birbaşa tapşırığı ilə növbəli şəkildə rayon mərkəzində məcburi əməyə cəlb edilirlər.

Bir qədər əvvəl çəkilmiş bu kadrlarda Sabirabadda tikilməkdə olan bir obyektin inşasına cəlb olunan şagirdlər aydın görünür.

Məsələnin ən ilginc məqamı isə ondan ibarətdir ki, müəllim və şagirdlər əsasən dərs vaxtlarında məcburi əməyə cəlb edilir. Uşaq əməyinin istismar edilməsi faktı isə rayondakı idarəçiliyin hansı halda olduğunun göstəricisidir.




Zaur
AzNews.az
Top xəbərlər
Bağla X