Qurban Məmmədov Avropa Məhkəməsinə gedir



Bu gün Bakı Apellyasiya Məhkəməsində barəsində bir neçə gün əvvəl həbs - qətimkan tədbiri seçilən Qurban Məmmədovun apellyasiya şikayətinə baxılıb. Q.Məmmədovun vəkili Süleyman Qasımovun AzNews.az-a verdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçiriləcək iclasda Q. Məmmədov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi tələbi rədd edilib.

Beləliklə də Q. Məmmədov barəsində həbs qətimkan tədbiri qüvvədə saxlanılıb: "Belə məhkəmədə qərar qəti hesab olunur, buna görə də Ali Məhkəməyə müraciət nəzərdə tutulmadığından Avropa Məhkəməsinə müraciət üçün sənədləri qısa zamanda hazırlayacağıq".

Elnarə
AzNews.az