İqbal Ağazadə “NİDA“çı gəncə azadlıq tələb etdi

Ümid Partiyası sədrinin müavini Ruslan İzzətli Zaur Qurbanlının həbsdən azad olunması üçün çağırış edib.

Ruslan İzzətli Zaur Qurbanlı və digər gənclərin qeyri-qanuni həbs olunduğunu bildirib : "Hakimiyyətin iddia etdiyi kimi bu gənclər dövlətə və dövlətçiliyə qarşı heç bir addım atmayıb. Sivil qaydalarla hakimiyyətin yarıtmaz siyasətinə öz etirazların bildiriblər. Bu gün, Zaur Qurbanlı talassemiya xəstəliyindən əziyyət çəkir. Vəkilinin və ailəsinin bildirdiyinə görə səhhətində ciddi problemlər var. Biz Azərbaycan hakimiyyətindən tələb edirik ki, Zaur Qurbanlını dərhal azad etsin. Əgər, Zaur Qurbanlının həyatına təhlükə yaranarsa, bunun məsuliyyətini hakimiyyət daşıyır".

Onun sözlərinə görə, bu cür yanaşma ölkəni xaosa sürükləyir, demokratiyanın inkişafına, vətəndaşın dövlətə güvəninə, sevgisinə böyük zərbə vurur: " Yürüdülən bu siyasətin nəticəsidir ki, bir çox vətəndaşlarımız xilas yolunu ölkədən kənarda axtarırlar. Bu siyasətə son qoyulmalıdır. Hakimiyyət konustitusiya, beynəlxalq hüquq normalarına əməl etməli, bu yondə üzərinə düşən vəzifələri qeyri-şərtsiz yerinə yetirməlidir".//qafqazinfo//

AzNews.az