23:14
(077) 610-22-33

Dövlət Komitəsi: Erkən nikahlar ciddi problem olaraq qalır

  • >
249 11 İyun 2013 09:20 | Cəmiyyət

"Azərbaycanda erkən nikah problemi hələ də ciddi problem olaraq qalmaqdadır, həllini tapmır". APA-nın məlumatına görə, bunu Milli Məclisdə AŞ PA - nın təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib.

O qeyd edib ki, artıq bu məsələdə region mövzusu yoxdur: "Statistik olaraq araşdırmışıq ki, bu problem hansısa regionda yox, ölkə üzrə müxtəlif regionları əhatə edir. Təbii ki, burada yenə valideyn məsuliyyəti məsələsi önə çıxır".

A.Sofiyeva digər problem olaraq küçə uşaqları məsələsini də qaldırıb. Onun sözlərinə görə, bu sahədə Komitə tərəfindən müvafiq addımlar atılır, monitorinqlər həyata keçirilir. Sədr müavini eyni zamanda bildirib ki, uşaqların zorla əməyə cəlb edilməsi, uşaq əməyinin istismarı, o cümlədən övladlığa verilən uşaqlarla bağlı monitorinqlər də davam etdirilir: "Yaxın zamanlarda bütün bu monitorinqlər başa çatdırılacaq, nəticələrə uyğun olaraq müvafiq tədbirlərə başlanılacaq".

AzNews.az
Bağla X