15:12
(077) 610-22-33

Əflatun Amaşov jurnalistlərə verilən evlərdən danışdı

  • >
312 11 İyun 2013 13:30 | Cəmiyyət

"Tam olaraq redaksiyalarda hansı jurnalistlərə ev verilməsi ilə bağlı iclaslar demək olar ki, yekunlaşıb. Və biz artıq onların sənədlərini toplayıb Mətbuat Şurasına gətirib vermələrini gözləyirik".

Bu sözləri modern.az saytına açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O qeyd edib ki, artıq redaskiyalar sənədlərini Mətbuta Şurasına təqdim etməyə başlayıblar.

"Hər gün redaksiyalardan bizə sənədlər daxil olur. Bu günə qədər 30-a yaxın redaksiyadan sənədlər verilib. Bütün bu sənədlər verilib yekunlaşdıqdan sonra onlara yenidən baxılacaq, araşdırma aparılacaq və nəticələr ümumiləşdirilərək Prezident Administrasiyasına göndəriləcək".

Ə.Amaşov iş prosesində həyatlarını itirmiş jurnalistlərin ailələrinə ev verilməsi məsələsinə də münasibət bildirib.

"Hələlik bu barədə bir söz deyilməyib və müzakirə edilməyib. İndi yaşayan və hal-hazırda fəaliyyət göstərən jurnalistlərə evlərin verilməsi məsələsi gündəmdədir".

AzNews.az
Bağla X