İnstitut fəaliyyətini dayandırdı - Azərbaycanda

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu təmirlə əlaqədar fəaliyyətini dayandırıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, bununla əlaqədar institut xəstə qəbulunu da dayandırıb.

İnstitutun əsaslı təmir və yenidənqurma işləri bitdikdən sonra- gələn ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur.

Təmir işləri Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış maliyyə vəsaiti hesabına həyata keçirilir.

AzNews.az