17:23
(077) 610-22-33

Mədət Quliyevdən yeni rəis təyinatı

  • >
351 11 İyun 2013 15:45 | Cəmiyyət

Ədliyyə Nazirliyi Penitensiar xidmətində kadr dəyişikliyi olub.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmətin rəisi, ədliyyə general - leytenantı Mədət Quliyevin əmri ilə 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsinin icrası ədliyyə polkovnik - leytenantı Əli İbrahimova həvalə edilib.

Ə. İbrahimov bundan əvvəl 10 saylı Cəzaçəkmə Müəssisəsində rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, 14 saylı Cəzaçəkmə müəssisinin rəisi Nazim Kəngərli ədliyyə orqanlarında qulluqkeçmə yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib.

AzNews.az
Bağla X