“Mən artıq tanışlarımı dəfnə dəvət etmişdim“ - VİDEO

Azərbaycanın xalq rəssamı, dünya şöhrətli Toğrul Nərimanbəyovun sabah Fransanın paytaxtı Parisdə planlaşdırılan dəfni saxlanılıb.

Bu barədə ANS-ə eksklüziv məlumatı rəssamın həyat yoldaşı Sevil Nərimanbəyova çatdırıb:

"Mən dəfni təşkil edən idarəyə dedim ki, dördüncü günü dəfn olacaq. Bunu də heç kimdən gizlətmirdim. Həm səfirliyə, həm də nazirliyə bu haqda məlumat vermişdim və bütün tanış-dostlara da bildirmişdim ki, dəfn dördüncü günü Fransada olacaq.

Mənə dünən axşam dəfn bürosundan zəng vurub deyirlər ki, dəfn saxlanılıb. Qızı məhkəməyə müraciət edib. Mən təcili olaraq vəkil tutdum. Məsələ yaxın günlərdə həllini tapacaq. Amma çatdırmadığımıza görə dəfn sabah yox, başqa vaxt baş tutacaq. Bu biabırçılıqdır. Mən artıq tanışlarımı dəfnə dəvət etmişdim. İndi onlara zəng vurmalıyam ki, dəfn təxirə salınıb. Siz təsəvvür etmirsiz bu necə biabırçılıqdır. Mən təzədən insanları dəfnə çağırmağa utanıram. Mənim haqqımda fikirləşərlər ki, mən dəliyəm".



AzNews.az