03:15
(077) 610-22-33

Neft ixracatında azalma olub

  • >
411 12 İyun 2013 14:16 | Cəmiyyət

Dövlət Statistika Komitəsi Azərbaycanın sənaye sahələrində 2013-cü ilin yanvar-may aylarına olan göstəriciləri açıqlayıb.

AzNews.az-ın məlumatına görə, bu dövrdə 14,1 milyard manatlıq məhsul istehsal olunub.

Sənayenin qeyri-neft sahələrində 2,4 faizlik artım, neft sektorunda isə 0,8 faizlik azalma müşahidə olunub.

İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 19,5 faizi emal, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

Beş ay ərzində 18,1 milyon ton neft, 7,4 milyard kub-metr əmtəəlik təbii qaz hasil edilib.

Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və karton, poliqrafiya, kimya, tikinti materiallarının, metallurgiya, kompyuter və elektron avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım əldə edilib.

AzNews.az
Bağla X