Baş həkimin təhqiramiz davranışları həkimlərin etirazına səbəb olub Baş həkimin təhqiramiz davranışları həkimlərin etirazına səbəb olub

Abşeron Mərkəzi Xəstəxanasında qalmaqal - VİDEO

Baş həkimin təhqiramiz davranışları həkimlərin etirazına səbəb olub





Bu gün xəstəxanalardan birinin bir qrup işçisi baş həkimlə üz-üzə gəliblər. Tibb ocağındakı acınacaqlı vəziyyət kənara qalsın, tibbi personalın iddiasına görə baş həkimin adi davranış qaydalarına məhəl qoymaması söz-söhbətləri yaradan başlıca məsələdir.

Etiraz edənlər Abşeron rayon Mərkəzi Xəstəxananın işçiləridir. Onların etirazına səbəb isə xəstəxananın baş həkimi Mehriban Qaralovanın işçiləri təhqir etməsidir.

Həkimlər deyir ki, onları söydüyü azmış kimi xəstələrlə münasibətlərini də pozur. Belə ki, xəstəxanaya ayrılan dərman preparatları ilə həkimləri təmin etmədiyindən xəstələr dərmanları özləri alır ki, bu da sonda dava-dalaşa səbəb olur.

Baş həkimin təhqiramiz davranışından cana doyan tək həkimlər deyil, tibb bacıları və xəstəxananın digər personalı da artıq Mehriban Qaralovanın hədə-qorxularından bezib.

Xəstəxananın nəm çəkmiş divarları, qırıq çarpayılar burada müalicə alan xəstələri də narahat edir. Elə bu səbəbdən işçilər Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vurub xəstəxanada yoxlama aparılmasını tələb ediblər. Səhiyyə Nazirliyinin əməkdaşları bu gün xəstəxanada və poliklinikada yoxlama aparsalar da, xəstələrə gəldikləri qənaəti bildirməyiblər. Amma baş həkim şikayət edən bütün işçiləri işdən çıxaracağı ilə hədələyib.

Qeyd edək ki, baş verənlərə aydınlıq gətirilməsi üçün baş həkim görüşdən imtina etmiş və otağının qapısını içəridən bağlayıb ortalığa çıxmamışdır.



AzNews.az