“İctimai nəqliyyatda gediş haqqının ödənilməsi üçün kartların sayı 500 minə çatdırıldıqdan sonra avtobuslarda kart sistemi tətbiq olunacaq” “İctimai nəqliyyatda gediş haqqının ödənilməsi üçün kartların sayı 500 minə çatdırıldıqdan sonra avtobuslarda kart sistemi tətbiq olunacaq”

“Kart sisteminin tətbiqi gedişhaqqına təsir etməyəcək”

“İctimai nəqliyyatda gediş haqqının ödənilməsi üçün kartların sayı 500 minə çatdırıldıqdan sonra avtobuslarda kart sistemi tətbiq olunacaq”




Bunu Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov deyib. O, bildirib ki, 200 mindən çox kart artıq hazırdır. N.Həsənovun sözlərinə görə, ictimai nəqliyyatda kart sisteminin tətbiqi bu ay başa çatacaq.

"Kartların sayı 500 minə çatdırıldıqdan sonra avtobusların kartlaşdırılması başa çatacaq. Kartlar "Bank of Azərbaycan"da hazırlanır. Yəni həmin kartlar bir bank məhsuludur. Bir neçə bank da kart istehsal etmək üçün buna qoşulmaq istəyir".

Bu ayın sonuna qədər avtobusların kartlaşdırılması prosesinin başa çatmalı olduğunu deyən Nəqliyyat Nazirliyinin sözçüsü bildirib ki, ilk mərhələdə kartlaşdırma prosesi 500 avtobusu əhatə edəcək. Daha sonra isə digər avtobusları.

N.Həsənov kartın qiymətinin 1 manat olacağını, kartlaşdırma sisteminin gediş haqqına təsir etməyəcəyini bildirib. (modern.az)


AzNews.az