04:08
(077) 610-22-33

Baş redaktorun məhkəməsində əməliyyat müvəkkili ifadə verdi

  • >
313 13 İyun 2013 16:17 | Cəmiyyət

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Tolişi Sədo" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Hilal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Yalçın İmanovun APA-ya verdiyi məlumata görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Qalib Hümbətov şahid qismində ifadə verib. O, ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini deyib.

Proses iyunun 19-da davam etdiriləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin H. Məmmədovun həbsi ilə bağlı yaydığı məlumatda onun İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək həbs olunduğu, həbs olunan zaman üzərində və yaşadığı mənzildə ümumi çəkisi 33,183 qram olan narkotik vasitə - heroin, həmçinin qanunsuz fəaliyyətində istifadə etdiyi informasiya daşıyıcıları aşkar edildiyi qeyd olunub.

Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.

AzNews.az
Bağla X