- Köhnə - Cəmiyyət
- 14 İyun 2013 10:17
- 2 491
Bakıda andiçmə mərasimi keçirildi
Bu il proqram çərçivəsində ABŞ-dan olan 27 könüllü and içiblər. Könüllülər ölkənin 21 bölgəsində azərbaycanlı ailələrində yaşayacaq, Azərbaycan xalqının adət-ənənələri ilə tanış olacaq, Azərbaycan dilini öyrənəcəklər.
Tədbirdə çıxış edən ABŞ səfiri Riçard Morninqstar Sülh Korpusunun bu il Azərbaycanda fəaliyyətinin 10 illiyini qeyd etdiyini xatırladıb: "Sülh Korpusu Azərbaycanda reallaşdırılan ən yaxşı proqramlardan biridir. Bu proqram çərçivəsində könüllülər Azərbaycan haqqında çox şey öyrənirlər. Bu həm də regionlarda yaşayan azərbaycanlılarda amerikalılar barədə təsəvvür formalaşdırmaq üçün gözəl imkandır".
Qeyd edək ki, Sülh Korpusu proqramı 1961-ci ildə ABŞ hökuməti tərəfindən təsis olunub. O vaxtdan ABŞ-dan olan 210 mindən artıq könüllü dünyanın 139 ölkəsində olublar.//apa//
AzNews.az