Gənclər prezident İlham Əliyevin namizədliyini dəstəklədi

Bu gün Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının illik hesabat konfransı keçirilib.

Konfransda qurumun bir ildəki fəaliyyəti barədə hesabatla çıxış edən Şura sədri Şahin Seyidzadə Şuraya üzv olan təşkilatların sayının 104-ə çatdığını bildirib. Eyni zamanda Şura artıq 7 regionda fəaliyyət göstərir.

Hesabat konfransında GTMŞ-nın qarşıdan gələn prezident seçkiləri ilə bağlı bəyanatı da qəbul edilib. Bəyanatda Şura üzvləri seçkilərdə İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, hesabat konfransında Gənclər və idman naziri Azad Rəhimov, Prezident yanında Strateji Araşdirmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, millət vəkilləri Ceyhun Osmanlı və İlham Məmmədov iştirak edib.

Ruhiyyə
AzNews.az