Avropa Məhkəməsi Azərbaycanla bağlı daha bir qərarını açıqlayacaq

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 20-də Azərbaycan vətəndaşı Rizvan Əbdülqadirovun işi üzrə qərarını açıqlayacaq.


APA-nın AİHM-in mətbuat xidmətinə istinadən xəbərinə görə, 1958-ci il təvəllüdlü Bakı sakini R. Əbdülqadirov 2004-cü ilin sentyabrında terrorçu qruplaşma ilə əlaqələrdə şübhəli bilinərək həbs edilib.

Məhkəmə onu qanunsuz silah saxlamaqda təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum edib. Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb.

R. Əbdülqadirov ədalətli məhkəmə araşdırması və hüquqi yardım seçmək hüquqlarının pozulduğunu iddia edərək AİHM-ə müraciət edib. O, Apellyasiya və Ali məhkəmələrdə işi üzrə keçirilən dinləmələrdə iştirakına şərait yaradılmadığını bildirib.

AzNews.az