- Köhnə - Cəmiyyət
- 15 İyun 2013 10:36
- 1 894
Hərbi xidmətə çağırışda yeni texnologiya tətbiq olunacaq
Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən üzərində iş aparılan layihə reallaşdıqdan sonra çağırışçılara düşdükləri hərbi hissələr barədə məlumatlar SMS vasitəsi ilə veriləcək. SMS bildirişlər çağırışçının və ya onun valideyninin mobil telefonuna göndəriləcək.
Müvafiq layihə hökumət tərəfindən dəstəklənir.
Bununla yanaşı, çağırışçılar Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin internet saytında yaradılan bölmədən də öz xidmət yerlərini müəyyənləşdirə biləcəklər.
AzNews.az