19:17
(077) 610-22-33

Qurban Məmmədovu “vəkillər ordusu” müdafiə edəcək – Özəl

  • >
237 15 İyun 2013 13:17 | Cəmiyyət

GƏLƏN HƏFTƏ DAHA BİR NEÇƏ VƏKİL ONUN MÜDAFİƏSİNƏ QALXACAQ



Gələn həftədən etibarən hazırda həbsdə olan tanınmış hüquqşünas Qurban Məmmədovun müdafiəsinə daha bir neçə vəkil qoşulacaq. Bu barədə məlumatı Q.Məmmədovun hüquqlarını müdafiə edən Koordinasiya Şurasının üzvü Namizəd Səfərov verib.

N.Səfırov AzNews.az-a açıqlamasında bildirib ki, Qurban Məmmədov ölkənin baş istintaq təcridxanası olan Kürdəxanı təcridxanasına köçürülüb: "Vəkili Süleyman Qasımov onunla mütəmadi əlaqə saxlayır. Yəqin ki, üzümüzə gələn həftənin əvvəllərindən başlayaraq Xalid Bağırov, Anar Qasımov və Cavad Cavadov da daxil olmaqla daha bir neçə vəkil onun müdafiəsinə rəsmi olaraq qoşulacaqlar. Q.Məmmədova qarşı irəli sürülən rəsmi ittiham ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığını ağır zərər vurmaqla bağlıdır. Lakin Respublikanın bütün müstəqil hüquq ekspertləri və hüquqşünaslar onun həbsini fəal ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirirlər. Belə ki, Q.Məmmədova qarşı irəli sürülmüş ittiham ehtiyatsızlıqdan törədilmiş, az ağır cinayətlər kateqoriyasına daxildir. Bu cinayəti törətmiş şəxslər barəsində heç vaxt həbslə bağlı qəti imkan tədbiri seçilmir. Ancaq həbs qətimkan tədbiri barədə bu qərardan həm Qurban Məmmədovun özü, həm də onun hüquqlarının müdafiəsini həyata keçirən, hələlik yeganə vəkili olan Süleyman Qasımov tərəfindən Apellyasiya Məhkəməsinə verilən apellyasiya şikayətlərinə qəribə də olsa ayrı-ayrılıqda 2 dəfə baxılaraq, həbs qəti imkan tədbiri seçilməsi barədə Nəsimi rayon məhkəməsinin qərarı dəyişdirilməyib".

N.Səfərov Qurban Məmmədovun həbsi ilə əlaqədar hüquqşünaslar qrupu tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hazırlandığını qeyd edib.

Xatırladaq ki, Q. Məmmədov 4 iyun 2013 il tarixdə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə ifadə vermək üçün dəvət edilərək bir neçə saat dindirilib. Daha sonra ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 maddəsi ilə nəzərdə tutulan ittiham irəli sürülməklə elə həmin gün barəsində Nəsimi rayon məhkəməsinin Qərarı ilə 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.


Elnarə
AzNews.az

Bağla X