“Qoruğun pulu qurtaran kimi İçərişəhəri qazır” - FOTOLAR

İyunun 16-da İçərişəhərin bir neçə küçəsində qazıntı işlərinə başlanılıb.


Ərazidə olarkən məlum olub ki, qazıntı işləri kanalizasiya xətlərinin yenilənməsi ilə bağlıdır. Qazıntı işləri bu küçələrdə yaşayan sakinləri də narahat edib. Xüsusilə Hərb küçəsinin sakinləri hər il kanalizasiya xəttlərinin sökülərək əvəzləndiyini iddia edirlər. Sakinlər bildirdilər ki, qazıntı işləri ilə bağlı evlərinə gedib-gəlməyə çətinlik çəkilər. Üstəlik qazılan dərin quyuların üstü qapadılmadığından təhlükəli vəziyyət yaranıb.

"Qoruğun pulu qurtaran kimi İçərişəhəri qazır"

Hərb küçəsinin sakini Həmilə Mahmudova deyir ki, günün hər saatında evləri toz-torpağa bürünür. Həyətdə oynayan uşaqların dəfələrlə qazılan quyuya düşdüyü deyən H.Mahmudovanın sözlərinə görə, problemlə bağlı Bakı Şəhər İcra hakimiyyətinə müraciət ediblər. Qurumdan sakinlərə bildiriblər ki, qazıntı işləri kanalizasiya xətlərinin yenilənəməsi ilə bağlıdır.

Bir digər İçərişəhər sakini isə "İçərişəhər" Dövlət Qoruq İdarəsini ittiham edir. Əli Məmmədov adlı sakinin sözlərinə görə, qoruğun pulu qurtaran kimi İçərişəhəri qazıb kanalizasiya və su borularını dəyişir: "Sonuncu dəfə su və kanalizasiya xətləri ötən ilin sentyabrında dəyişilib. 9 ay keçib yenə də qazıblar. Elə bil xəzinə axtarırlar. Bezmişik, bu nə vaxta kimi davam edəcək? "

"İçərişəhərdə kanalizasiya sistemi çox mükəmməl qurulub"

"Tarixdən də məlum olduğu kimi, İçərişəhər salınarkən onun kanalizasiya sistemi çox mükəmməl qurulub. Tarixi sənədlərdə İçərişəhərin planına baxanda görürük ki, qədim kanalizasiya xətti çarpaz şəkildə çəkilib. Kəhrizin və kanalizasiya sisteminin Xəzərə birbaşa çıxışı var. Çökməyə səbəb isə bərpa və yenidənqurma işlərinin düzgün aparılmamasıdır. Çünki yeni kanalizasiya sistemini o kəhrizlərin üzərində qazmaqla ortada boşluq yaradırlar. Bu boşluq da ağırlığa tap gətirmir. Nəticədə böyük çökmə və sürüşmələr olur". Bunu isə "Yeni Müsavat"a mövzu ərazidə müşahidə aparan müstəqil ekspert, memar Hacı Mirəliyev söylədi.

Qeyd edək ki, ötən ilin noyabr ayında "İçərişəhər" Dövlət Qoruq İdarəsinin keçmiş rəhbəri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında İçərişəhərin infrastrukturu - yol örtüyü, kanalizasiya, işıq, qaz, elektrik xətlərinin tamamilə yeniləndiyini söyləmişdi.//musavat.com//

AzNews.az
image description image description image description image description