05:08
(077) 610-22-33

Rusiya və dünya ulduzları Xəzər dənizi sahilində toplaşdılar

  • >
332 16 İyun 2013 20:25 | Cəmiyyət

Bakıda Xəzərin sahilində Rusiya və dünya ulduzlarının iştirakı ilə "Amburan" çimərlik kompleksinin yenidənqurmadan sonra açılış mərasimi keçirilir.

"Amburan" çimərlik kompleksi Bakı sakinləri və qonaqlarının ən çox sevdiyi istirahət yerlərindən biridir. Kompleks yenidənqurmadan sonra Aralıq dənizinin ən yaxşı kurortlarından heç nə ilə geridə qalmır.

Yenilənmiş "Amburan" yalnız yeni çimərlik deyil, burada, həmçinin mini-qolf üçün meydan, geniş hovuz, uşaq klubu - "Penguin Kids Club", kafe LEMON - bar & grill, çimərlikdə "Bianсo bar & lounge" və AMBURAN Restaurant yerləşir. "Park Cinema" ilə əməkdaşlıq çərçivəsində "Amburan"da yay kinoteatrı da açılacaq.

"Amburan Beach Club" sahildə ən elit əyləncə mərkəzi və klublardan biridir. Möhtəşəm hovuzlar, yüksək xidmət, təmiz sahil bu çimərlikdən heç də uzaqda deyil. Burada, həmçinin mini-kinoteatr, skuterlər, karaoke, bar qonaqların xidmətinizdədir.

"Amburan Grand Opening 2013"-ün qonaqlarını bütün yay mövsümü ərzində maraqlı konsert proqramları, qızğın gecələr gözləyir.

Açılış mərasimində Rusiya və dünya ulduzlarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub.

Qonaqlara bir çox musiqili sürprizlər təqdim olunub: JFT, "Pancho" və "Hazy" DJ rezidentləri, "Bumboks" qrupu, "Band`Eros" kollektivi, həmçinin dünya səviyyəli ulduzlar - Shaggy və DJ MOUSS-un çıxışları.

Əsas səhnə hovuzun yaxınlığında yeni, geniş meydanın ərazisində quraşdırılacaq. "Amburan Grand Opening 2013"-ün qonaqları üçün "Amburan Beach Club"un bütün standart xidmətləri - çimərlik zonası, hovuz, soyunub-geyinib otağı, mini-qolf, çimərlik futbolu, voleybol və s. əlçatan olacaq.

Möhtəşəm tədbirin təşkilatçıları üçün prioritet yalnız qonaqların iştirakı deyil, eləcə də keyfiyyətli və komfortlu istirahətdir.

AzNews.az
Bağla X