“İslamı dəyərlər Azərbaycan üçün vacib amildir”

"Dağlıq Qarabağ münaqişəsi də bir sıra müsəlman ölkələrindəki problemlər kimi, Azərbaycanın zorla cəlb olunduğu və həlli vacib olan münaqişədir".

Bu fikri Azərbaycanın NATO PA – da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin birinci vitse spikeri Ziyafət Əsgərov bu gün Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlamenti İttifaqının (İƏTPİ) İcraiyyə Komitəsinin 30-cu iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi digər müsəlman bölgələrində olduğu kimi yerləşdiyi regionda təhlükəsizlik üçün ciddi problemdir: "Bütün bu münaqişələr hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü prinsipi əsasında tez bir zamanda həll edilməlidir. Biz ümidvarıq ki, ölkəmizin sülh və sabitlik içində yaşaması burada yaşayan bütün millətlərin mənafeyinə cavab verir".

Z. Əsgərov onu da qeyd edib ki, Azərbaycanın İslam ölkələri ilə çox sıx əlaqələri var və İslamı dəyərlər Azərbaycan üçün vacib amildir.//apa//

AzNews.az