Ziya Məmmədov vətəndaşları qəbul etdi

Bu gün Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Şirvan şəhərində vətəndaşların regional qəbulunu keçirib.

Nazir Şirvan şəhəri, Neftçala, Hacıqabul, Sabirabad, Salyan, Füzuli, İmişli, Beyləqan və Saatlı rayonlarında yaşayan vətəndaşların problemlərini dinləyib.

Görüşdə "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov və Nazirliyin digər qurumlarının rəhbərləri iştirak ediblər. Vətəndaşlar əsasən kənd yollarının yenidən qurulması, magistral yolların çəkilişi zamanı pay torpaqlarının yol layihələrinə düşərkən kompensasiyaların ödənilməsi və bəzi hallarda işə qəbulla bağlı müraciətlər ediblər.

Nazir bu kimi görüşlərin keçirilməsini müsbət hal kimi qiymətləndirib.//apa//

AzNews.az