22:36
(077) 610-22-33

VİP sədrinin müavini: “Qardaşının dəstəyini qazana bilməyən...”

  • >
650 19 İyun 2013 13:53 | Cəmiyyət

"Qardaşının, qohumlarının dəstəyini qazana bilməyənlər xalqın dəstəyini qazanmaqdan və hakimiyyətə gəlməkdən dəm vururlar".

AzNews.az-ın məlumatına görə, bu sözləri Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynov deyib. O, sabiq deputat, yazıçı Maqsud İbrahimbəyovun rəhbərlik etdiyi Milli Sülh Komitəsinin prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləmək barədə mövqeyinə münasibət bildirib.

VİP rəsmisi deyib ki, Rüstəm İbrahimbəyov özünü bu oyuna salmaqla olan hörmətini də tamamilə itirdi: "Nə qədər ki, bu proseslərdə iştirak edəcək, bu, onun ictimai nüfuzuna zərbə olacaq".

Ramil Hüseynovun sözlərinə görə, siyasi nüfuzu olmayan biri hansı xalqın dəstəyindən danışır: "Bədən tərbiyəsi bədənin tərbiyə olunması anlamını verir. Yəni ki, insan müəyyən idmanla məşğul olur və bədənini tərbiyələndirir. Bunu hamı edə bilər. Lakin bir də var mənəviyyatın, əxlaqın tərbiyələndirilməsi. Bu isə çox çətin bir prosesdir. Bəzi ortada olan "liderlər" məhz bu xəstəlikdən əziyyət çəkirlər. Onlara Allahdan şəfa diləyirəm".

Anar
AzNews.az
Bağla X