16:47
(077) 610-22-33

“Azərbaycanda hər 8 nəfərdən biri qaçqındır”

  • >
421 20 İyun 2013 14:40 | Cəmiyyət

Əli Həsənov: "Köçkünlər arasında yoxsulluq həddi son on ildə 75 faizdən 15 faizə düşüb"


"Azərbaycanın həmişə deyildiyi kimi, 1 milyon yox, 1 milyon 200 min qaçqın və məcburi köçkünü var". APA-nın məlumatına görə, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə. Həsənov qeyd edib ki, 1 milyon rəqəmi 1992-93-cü illərin statistikası, ötən 20 il ərzində ölkə əhalisinin təbii artımının 100:1 faizə nisbətinə əsasən qaçqın və köçkünlərin sayı da artıb: "İlə 10 min artmaqla bu rəqəm 1 milyon 200 minə çatıb. 9 milyondan çox əhalinin 1 milyon 200 mini qaçqın və məcburi köçkündür. Yəni, dünyada hər 135 nəfərdən biri qaçqın olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqındır. Bizim problem çox ağırdır".

Ə. Həsənov deyib ki, Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ konflikti də dünyadakı konfliktlərə görə fərqlidir: "Dünyada mövcud olan iki-üç konfliktin bizim konfliktə oxşarlığı var. Qalanları ölkələrin daxilində yaranmış problemlərdir. Bizimki isə bir ölkənin digərinə - Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranan konfliktdir. Azərbaycan vətəndaşları öz torpağında qaçqın və məcburi köçkünə çevriliblər".

Baş nazirin müavini bildirib ki, Azərbaycan dövləti bu gün qaçqın və köçkünlərini tam təmin etmək iqtidarındadır: "Buna baxmayaraq, bəzi beynəlxalq humanitar təşkilatlar bizimlə əməkdaşlığı davam etdirir. Yeni gələn təşkilatlar da var. Əsas odur ki, bütün problemləri Azərbaycan prezidenti özü həll edir. Yeganə problem konfliktin siyasi həllini tapmasıdır".

Komitə sədri qaçqın və məcburi köçkünlərin sosial durumu ilə bağlı statistikanı da açıqlayıb: "Əgər 2003-cü ildə köçkünlər arasında yoxsulluq həddi 75 faiz idisə, bu gün bu rəqəm 15 faizdir.

Azərbaycanda təkcə ötən il hər bir qaçqın və məcburi köçkünə 1300 dollar vəsait sərf olunub. Bu dünyanın bütün konfliktli zonalarında ən yüksək rəqəmdir. Dünyanın heç bir konflikt zonasında 1 nəfər bu qədər vəsait xərclənmir. Ümumi xərclər buraya daxil deyil. Bütövlükdə ötən il qaçqın və məcburi köçkünlərin xərcləri 300 milyon manat təşkil edib. Bu il isə 600 milyon sərf olunması gözlənilir. Son 20 ildə isə bu təbəqədən olan insanlara 5,4 milyard dollar xərclənib".

AzNews.az
Bağla X