BMT: “Azərbaycanda qaçqın və məcburi köçkünlərinin sayı 618363 nəfərdir“

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İdarəsi 2013-cü ildə qaçqınlar, məcburi köçkünlər və sığınacaq axtaran şəxslər üzrə illik "Qlobal tendensiyalar" hesabatını açıqlayıb.


APA-nın məlumatına görə, qurumun hesabatında yerləşdirilən hesabata əsasən, 2012-ci ilin sonuna kimi Azərbaycanda 15,914 qaçqın, 600,336 məcburi köçkün, 2,113 sığınacaq axtaran şəxs var. Bununla ölkədə öz yerini dəyişmiş 618,363 şəxs olduğu bildirilir. Bu rəqəm hökumətin, tərəfdaş QHT-lərin təqdim etdiyi və BMT QAK-ın öz rəqəmləri əsasında meydana çıxıb.

2012-ci ilin sonunda dünyada 45,2 milyon qaçqın və məcburi köçkün olub, bu bir il əvvəlki göstəricidən 2,7 milyon nəfər çoxdur. Onların 15,4 milyon nəfəri qaçqın, 937 min nəfəri sığınacaq axtaran şəxs, 28,8 milyon nəfəri isə məcburi köçkündür.

AzNews.az