22:36
(077) 610-22-33

Diqqət: Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

  • >
883 21 İyun 2013 09:43 | Cəmiyyət

Nazirlər Kabineti "Elektrik enerjisindən istifadə Qaydaları"nda dəyişikliklər edib.

İndiyə qədər texniki şərtlərin yerinə yetirilməsi sifarişçi və layihə təşkilatları üçün məcburi olub.

Bundan sonra texniki şərtlərin yerinə yetirilməsi layihə təşkilatları üçün yox, sifarişçi və layihəçilər üçün məcburi olacaq. Texniki şərtlərin qüvvədə qalma müddəti sənaye tikintisi üçün sahə ayrıldıqda və ya yaşayış obyektlərinin tikintisi, habelə əlavə sahə tutmadan müəssisə və qurğuların yenidən qurulmasını layihələndirmək haqqında tapşırıq hazırlandıqda müəyyən edilir və bu müddət texniki şərtlərdə göstərilir. Göstərilən müddət mövcud normalara əsasən müəssisisə, bina, qurğu, onun növbələri və ya ayrı-ayrı istehsalat tikintilərinin layihələndirilməsi, tikilib başa çatdırılması üçün müəyyən olunmuş müddətdən az olmamalıdır. Bir qayda olaraq, texniki şərtlərin qüvvədə qalma müddəti iki il müəyyən edilir. Texniki şərtlərin qüvvədə qalma müddəti keçdikdə, sifarişçi və ya layihəçi həmin şərtləri verən təşkilatla onun müddətinin uzadılması məsələsini həll etməlidir.

Növbəti dəyişikliklər layihə təşkilatları üçün nəzərdə tutulan vəzifələrin layihəçilərə həvalə edilməsi ilə bağlıdır. Müəssisənin, binanın, qurğuların, onların növbələrinin və ya ayrıca istehsalatın layihəsinin texniki şərtlərinə, "Elektrik qurğularının quraşdırılması qaydaları"na və digər normativ sənədlərin tələblərinə uyğunluğuna texniki şərtləri vermiş təşkilat və "Dövlət Enerjinəzarət" İdarəsi tərəfindən baxılır və razılaşdırılır. Layihə razılaşdırıldıqdan sonra texniki şərtlərin müddəti keçdikdə, onun təkrarən razılaşdırılması tələb olunmur. Ayn-ayrı hallarda müəssisəni, qurğunu, onun növbəsini və ya hər hansı bir istehsalatı layihələndirdikdə, razılaşdırılmış layihə qərarından və texniki şərtlərdən kənara çıxmaq lazım gələrsə, onda bu kənaraçıxma həmin təşkilatlarla yenidən razılaşdırılmalıdır. Baxılan tikinti layihəsində texniki şərtlərdən və ya mövcud normativ sənədlərdən kənaraçıxma halları aşkar olunarsa, texniki şərtləri vermiş təşkilat və "Dövlət Enerjinəzarət" İdarəsi tərəfindən sifarişçiyə tikilən obyektin elektrik şəbəkəsinə qoşulmasından imtina edilməsi haqqında əsaslandırılmış məktub göndərilir. Sifarişçi layihəçinin iştirakı ilə obyektdə tikinti işlərinə başlamazdan əvvəl texniki şərtləri vermiş təşkilata və "Dövlət Enerjinəzarət" İdarəsinə müəssisənin, binanın, qurğunun, onun növbələrinin və ya ayrıca istehsalatının layihəsinin müvafiq fəsillərini və işçi cizgilərini təqdim edir. Texniki şərtləri vermiş təşkilat və "Dövlət Enerjinəzarət" İdarəsi on gün müddətində qəbul olunmuş tikinti layihəsinin texniki şərtlərə, "Elektrik qurğularının quraşdırılması qaydaları"na və digər normativ sənədlərin tələblərinə uyğunluğunu araşdırır və layihəni razılaşdırır. Ayrı-ayrı hallarda əlavə araşdırma tələb olunarsa, göstərilən layihə sənədlərinin baxılma müddəti bir aya qədər artırıla bilər.

Digər dəyişiklik normativ sənədlərin texniki normativ hüquqi aktlarla, layihə sənədlərinin tikinti layihəsi ilə əvəzlənməsi ilə əlaqədardır. Beləliklə, Dövlət elektroenergetika müəssisəsinin, enerji təchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının, istehlakçılarının, o cümlədən subabonentlərin bütün yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerji təchizat sxemini dəyişən elektrik qurğuları "Elektrik qurğularının quraşdırılması qaydaları"na, tikinti normalarına və başqa texniki normativ hüquqi aktlara uyğun yerinə yetirilərək müəyyən edilmiş qayda üzrə razılaşdırılmış tikinti layihəsi və texniki təhvil-təslim sənədləri ilə təmin edilməlidir. Azərbaycan ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında enerji resurslarından səmərəli istifadə olunmasına, elektrik qurğularının layihələndirilməsinə, tikintisinə, yenidən qurulmasına, təmirinə, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarına dövlət nəzarətini Sənaye və Energetika Nazirliyinin "Dövlət Enerjinəzarət" İdarəsi həyata keçirir.

Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün istehlakçı, o cümlədən subabonentin yerinə yetirməli olduğu tələblər sırasında da dəyişiklik var. İstehlakçı, o cümlədən subabonent elektrik enerjisindən səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar, təhlükəsizlik texnikası, elektrik qurğularının quraşdırılması qaydalarının və digər texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında "Dövlət Enerjinəzarət" İdarəsinin səlahiyyətli nümayəndələrinin rəsmi tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə borcludur.//lent.az//

AzNews.az
Bağla X