- Köhnə - Cəmiyyət
- 21 İyun 2013 11:08
- 3 994
Bakıda ögey ana dəhşəti: 20 yaşlı qız didərgin edildi
Bakıda 20 yaşlı qız atası tərəfindən qadın sığınacağına yerləşdirilib. Buna səbəb ögey ananın qızla bir evdə yaşamaq istəməməsi olub. Bu barədə məlumat AzNews.az-a "Təmiz dünya" İctimai Birliyindən verilib.
Birliyin məlumatına görə, ata bir neçə gün əvvəl özü qızı təşkilatın sığınacağına gətirib: "Dediyinə görə ögey anası qızla bir evdə yaşamaq istəmir. Ona görə də ata öz qızını sığınacağa yerləşdirdi".
Gənc qız sığınacaqda ancaq bir neçə gün qalıb: "Onların Bakıda qohumları var. Qız bildirdi ki, sığınacaqda qalmaq istəmir və buna görə də sığınacağı tərk edərək qohumlarını evinə getməyi üstün tutdu".
Elnarə
AzNews.az